Ayın 25-də bizə xəbər gəldi ki, dağçılarla əlaqə kəsilib. Dedik ki, bircə gün gözləyək, çünki kəskin hava şəraiti zamanı dağçılıqda şəbəkədə bəzi problemlər olur. Lakin baxdıq ki, bir xəbər yoxdur. 26-da qərar verib könüllü dəstə yaratdıq və birgə Xınalığa yola düşməyə qərar verdik. Artıq ayın 27-də biz orda idik".
Oxu24.com "Report"a istinadən bildirir ki, bunu Şəmkirdə dəfn olunan alpinist Namin Bünyatzadənin dostu, "Everest Dağçılar" İdman Klubunun dağçısı Turan Əhmədov deyib.
Onun sözlərinə görə, əsas çətinliklər hava şəraiti ilə bağlı yaranıb:
"Alpinistlərin orda olduğu gün hava qəflətən kəskin dəyişib. Böyük ehtimalla bu zaman da onlar orda çadır quraraq havanın düzəlməsini gözləyiblər. Nə baş veribsə həmin çadırda gözlədikləri zaman baş verib. İlk gündən ehtimal olunurdu ki, qar uçqununda qalıblar. Normalda qar uçqunundan təxmini 1 saat içində xilas olmaq mümkündür. Bu o halda mümkündür ki, yaxınlıqda kimsə olub onlara köməklik etsin. Təssüflər olsun ki, onlara köməklik edən kimsə olmayıb. Biz orda axtarışda olan zaman əsası azı bir iz axtarırdıq, lakin qar bütün izləri itirmişdi".
Tural Əhmədov məhz bundan sonra artıq onlarda ümüdsüzlük yarandığını bildirib:
"Ümidlər sadəcə ona var idi ki, onlar başqa yerdə olar və ya başqa bir hadisə baş verib. Lakin qar uçqununu düşündükdə ümidimüz az idi. Cəsədlər tapılmayana qədər bir möcüzə gözləyirdik, lakin acı xəbəri eşitdikdən sonra, o möcüzə ümidini də itirdik".
O, dostu Naminin alpinist yoldaşları ilə birgə xaricə getməyi planlaşdırdığını da deyib:
"Onlar xaricə getmək üçün xüsusi hazırlıq keçirlərmiş. Buna görə dağa birlikdə gediblər. Yani onların birlikdə olmasının başqa bir xüsusi səbəbi olmayıb. Azərbaycan ərazisində bu cür hadisə ilk dəfə idi baş verirdi. Düşünürəm ki, bu, artıq dağçılar üçün bir örnək olar və belə səfərlərə daha diqqətli və ehtiyatla yanaşarlar".
Oxu24.com
ŞƏRHLƏR