Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19125
az

Elinanın anası Prezidentə müraciət etdi

18:4517 Oktyabr, 2019
529
CƏMİYYƏT
  • A
Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib:

"Hörmətli, cənab Prezident!

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atıb. 06 aprel 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə uşağım xəstəxanaya gec çatdırıldığından və həkim etinasızlığı səbəbindən vəfat edib. İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istəyib.

Halbuki, məhkəmə prosesi zamanı müəyyən edilib ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmayıb və bunu digər şəxslərin etməsinə də əngəl olub. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb. İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib. Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail İranın nüvə obyektlərini vurmalıdır - Tramp
"Telegram"dakı nasazlığın səbəbi açıqlandı
Azərbaycanda qatarla sərnişindaşıma sentyabrda neçə faiz artıb?

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR