Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-ın məktubunu "zibilə atıb", BBC-nin əldə etdiyi məlumatda deyilir.
9 oktyabr tarixli məktubda cənabTrump Erdoğana yazır: "Dikbaş olmayın. Axmaq olmayın!".
Türkiyə prezidentinə yaxın mənbələrdən BBC-yə verilən məlumatda deyilir ki, cənab Erdoğan məktubu "tamamilə rədd edib".
Məktubun alındığı gün Türkiyə Suriya sərhədini keçərək kürd silahlılarına qarşı hərbi əməliyyat həyata keçirib.
ABŞ Prezidenti Donald Trump-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb.
İlk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Trump-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Erdoğana "ağır" məktub yazdığını bildirib.
Trump daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Respublikaçı Kevin McCarthy-den məktubun nüsxəsini iclasdakılara paylamasını istəyib.Trump məktubda Erdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Dikbaş olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.
Trump öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib. Oxu24.com
ŞƏRHLƏR