Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19087
az

Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı

19:5916 Oktyabr, 2019
620
ŞOU-BİZNES
  • A
 Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb.
 
Səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb.
 
2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
 
Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.
 
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami dustaqları daşıyan vaqondan qaçmışdılar.
 
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) dustaqlara kömək etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu. Bəhruz Abdullayev və daha bir neçə nəfər də bu işə görə həbs edilmişdi.
 
Bildirək ki, keçirilən əməliyyatla Etibar Məmmədov polis əməkdaşları ilə girdiyi silahlı atışmada məhv edilmişdi. Əli Ağami isə saxlanılmışdı.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü