Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19053
az

Dünyanın ən zəngin ölkəsi: Burada yerli sakinlər işləmir,işıq,qaz pulsuzdur

01:3016 Oktyabr, 2019
2526
DÜNYA
  • A
 
{banner_reklam}

Qətərin 2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcəyindən başqa nə məlumdur?

Kişilərin sayı qadınların sayından xeyli çoxdur

Ölkənin 2.5 milyon əhalisi var, onlardan yalnız 700,000-ə yaxını qadındır.

Bu fərq Qətərin bir dövlət kimi qurulmasında immiqrantların böyük rol oynaması ilə bağlıdır. Ölkəyə gələn immiqrantlar arasında gənclər və kişilər üstünlük təşkil edir.

Qətərə immiqrant axını əsasən son illərdə sürətlə artmağa başlayıb. Nəticədə, 2003-cü ildə əhalisi 700 000-dən az olan Qətərdə 2016-cı ildə əhalinin sayı 2.5 milyona çatıb.

Miqrantların arasında qadınlar da var, lakin kişilər sayca böyük üstünlük təşkil edir. Onlar Dünya Çempionatına lazım olan infrastrukturu təşkil edəcək obyektlərin tikintisinə cəlb olunub.

Miqrantlar Qətərə dünyanın müxtəlif ölkələrindən gəlib, lakin əksəriyyətini Hindistan və Nepaldan gələnlər təşkil edir. Bu səbəbdən, Hinduizm dininə mənsub olan hindlilər ölkədə müsəlmanlardan və xristianlardan sonra üçüncü ən böyük əhali qrupuna çevrilib, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatında qeyd olunur.

Yaxşı iş və firavan gələcək vədlərinə baxmayaraq, son zamanlar yayılmış bir sıra hesabatlara əsasən, miqrantlar dəhşətli şəraitdə işləməyə məcbur edilir, onların yarıdan çoxu hələ də ölkə boyu yaradılmış əmək düşərgələrində yaşayır.

Qətər, fəhlələrin yaşayış şəraitini yaxşılaşdıracağına söz verib, lakin Amnesty International təşkilatının 2016-2017-ci illərə aid hesabatına əsasən, "işçilər istismar və alçaldıcı hallarla üzləşməkdə davam edirlər".
 


Londonun ən böyük mülkədarları?

Qətər son onillik ərzində Londonun iri obyektlərinin alqısı ilə məşğul idi.

Qətərlilərin Londonda aldıqları mülk arasında Shard göydələni, cah-calallı Harrods mağazası, Chelsea kazarmaları adlanan yaşayış binaları, Olimpiya Oyunları kəndi və Canary Wharf biznes rayonundakı mülklərdə payı var.

Shard göydələnində Qətər investisiyalarının payı 95% təşkil edir.
Ölkənin Maliyyə naziri Əli Şərif əl-Emadi, mart ayında BBC-ə bildirmişdi ki, ölkəsinin Britaniyaya yatırdığı investisiyaların həcmi 45 -51 milyard dollar arasındadır.

Əli Şərif əl-Emadi demişdi ki, ölkəsi yaxın 3-5 il ərzində Britaniyaya, ölkənin daşınmaz əmlakı da daxil, 6 milyard dollardan artıq investisiya yatırmaq niyyətindədir.

 

Qətərin incəsənətə  vurğunluğu

Qətər mühafizəkar ölkə kimi ad çıxarsa da, son bir neçə il ərzində bir sıra sərgilərə sponsorluq edib. Belə tədbirlər arasında, o cümlədən, misal üçün, yaradıcılığı birmənalı qarşılanmayan rəssam Damien Hirst-in 2013-cü ildə Yaxın Şərqdə ilk dəfə təşkil edilmiş sərgisini qeyd etmək olar. Həmin sərgi Qətərdə keçirilib.

Həmin ildə Qətər Əmirinin bacısı və Qətər Muzeylər İdarəsinin rəhbəri Şeyxə əl-Məyəssə bin Həməd bin Xəlifə əl-Thani incəsənət aləminin ən nüfuzlu xadimlərinin Art Review's Power 100 siyahısına başçılıq etmişdi.

Həmin illərdə yayılan bəzi şayiələrə görə, əmirin bacısı incəsənət nümunələrinə ildə 1 milyard dollaradək pul xərcləyib. Onun aldığı rəsmlər arasında Andy Warhol, Mark Rothko, Paul Gauguin və Paul Cézanne kimi yaradıcıların əsərlərinin olduğu deyilir.

Paytaxt Doha şəhərində 2008-ci ildə İslam İncəsənəti Muzeyi açılıb. Həmin muzeydə dünyanın müxtəlif güşələrindən 1,400 illik zaman kəsiyini əhatə edən Islam incəsənəti nümunələri toplanıb.

Nəhəng, oyuncaq ayı fiquru

Qətərdə incəsənət sevgisi muzeylərlə məhdudlaşmır, ictimai yerlərdə də özünü göstərir.

Paytaxt Doha-nın Hamad beynəlxalq hava limanına gələnlər, orada, terminalın tən ortasında qurulmuş və hündürlüyü 7 metr olan oyuncaq ayı fiqurunu görməyə bilməz.

Lampa dayağına söykənən halda oturmuş nəhəng, oyuncaq ayı fiquru isveçrəli sənətkar Urs Fischer tərəfindən 10 il bundan əvvəl yaradılıb. Oyuncaq ayı fiquru bürüncdən tökülüb və az qala, 20 ton ağırlığındadır.


 
Hamad beynəlxalq hava limanında nəhəng oyuncaq ayı fiquru.


Hamad beynəlxalq hava limanının rəsmi bukletində həmin oyuncaq ayı fiquru, "ətrafdakı məkana humanistlik çalarları qatan, səyahətçilərə uşaqlıqlarını və ev şəraitini xatırladan obyekt" kimi təsvir edilib.

Bu nəhəng oyuncağın qiyməti isə heç də ucuz olmayıb: tökmə bürüncdən hazırlanmış fiqur 2011-ci ildə New York hərracında $6.8 milyona alınıb.

Qətər zənginləri

Bu balaca ölkə bütün bu xərclərin öhdəsindən necə gəlib? Qətərin neft və qaz yataqları var. Ölkə qazancını, etdiyi yatırımlardan da çıxarır. Ölkə əhalisinin hər adam başına düşən ÜDM payına görə, Qətər dünyada birincidir.

2016-cı ildə həmin göstərici Qətərdə 129,700 dollar olub. Bu, ikinci yerdə gedən Lüksemburqun göstəricisindən 20,000 dollar artıq olub, MKİ-nin məlumat kitabında qeyd edilir.

Siyahının ən dibində yer tutan Somalidə isə adam başına düşən ÜDM payı həmin ildə 400 dollara bərabər olub.

Lakin Qətər əhalisi arasında sərvət bərabər paylaşılmayıb. Sabiq əmir, Şeyx Həməd bin Xəlifə əl-Thani 2.4 milyard dollar dəyəri olan sərvətə malikdir.

2015-ci ildə BBC-ə danışan miqrantlar isə ayda 350 dollar qazandıqlarını bildirmişdilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşət: əvvəl şikarını zəhərlədi, iflic etdikdən sonra diri-diri parçaladı
Dünyanın ən zəngin ölkəsi: Burada yerli sakinlər işləmir,işıq,qaz pulsuzdur
Futbolda biabırçılıq: Hakim içkili halda oyuna çıxdı (VİDEO)

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı