Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18966
az

Quranda işarə olunan “Muztər” sözü kimə aid edilir?

22:1913 Oktyabr, 2019
843
CƏMİYYƏT
  • A
İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, muztər o kəsdir ki, İbrahim (ə) məqamında iki rükət namaz qılar, Allahı çağırar. Allah da onu eşidər. Onun giriftarlıqlarını aradan aparar. Onu, yer üzündə öz xəlifəsi edər".

Allah Təala Qurani-Kərimdə buyurur: "(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs?

Məgər tək olan Allahla yanaşı, başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!". ("Nəml" 62).

Hədislərimizin nəzərinə görə, həqiqi muztər - İmam Zaman ağadır (ə.f).

İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur ki, bu ayə - Ali-Muhəmmədin Qaimi (ə.f ) haqqında nazil olmuşdur. Belə ki, İmamın (ə.f) zühurundan sonra kafirlərin hakimiyyəti məhv olacaqdır. Salehlər hakimiyyət başına gələcəklər.

Muztər o kəsdir ki, əməlləri İlahi əməllər olar. Ancaq İlahi sünnələri dəyişdirməz. Misal üçün, Allahın sünnələrindən biri budur ki, insanlar dünyada daimi qalmırlar. Onlar ölümlərinin zamanı gələn zaman bu dünyanı tərk edərlər. Bu, elə qanundur ki, hətta muztər belə onu dəyişdirə bilməz.

Beləliklə deyə bilərik ki, Quranda adı çəkilən muztərin ən bariz nümunəsi - İmam Zaman ağadır (ə.f).

İmam (ə.f) o kəsdir ki, İbrahim məqamında namaz qılır və Allahın yer üzərində olan xəlifəsidir. Allah onun hacətlərini eşidir və yerinə yetirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi