Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1892
az

Nəsimi Paşayev işdən çıxdı - SƏBƏB NƏDİR?

09:5118 May, 2018
1791
CƏMİYYƏT
  • A
 “Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar! 2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm”.

Oxu24.com xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşaye qeyd edib ki, işə başlayarkən sədr Zaur Hüseynovla uzun bir söhbət edib: “Dövlət başçısı tərəfindən böyük məsuliyyət yüklənmiş bu işi birlikdə çiyinlərimizdə daşımağa qərar verdik. Zaur müəllimin “Gəlin başlayaq. Şərt deyil ki, mən sizin işinizi bəyənim, bəlkə heç siz mənim iş prinsipimi bəyənməyəcəksiniz” sözləri məsuliyyətimi daha da artırdı. Tam 4 il 3 ay çalışdıq. Biz bir komanda idik. Əsas məqsədimiz metromuzun imicini yüksəltmək, dünya metropolitenlərilə yarışacaq səviyyəyə gəlmək, yeni texnologiyaların tətbiqi və sair sahədə əlimizdən gələnin artığını etmək idi. Hər şey göz qabağındadır. Təbii ki, hər başlanğıcın bir sonu var. Mənim bu müddət ərzində necə fəaliyyət göstərdiyimin qiymətini siz verə bilərsiniz. Ancaq bu bir reallıqdır ki, rəhbərlik mənə şərait yaratmasaydı, ictimaiyyətlə işləməkdə bu qədər maraqlı olmasaydı, sərnişinlərə bu qədər önəm verməsəydi Bakı metrosunun ictimaiyyətlə əlaqələri bu səviyyədə olmazdı”.

O bildirib ki, başlanğıcda olduğu kimi, getmək haqqında qərarını uzun söhbətdə müzakirə ediblər:

“Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. “Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz” deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib uğurlar arzuladı.

Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir. Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışam, hansınızınsa xətrinə dəymişəm. Bunun üçün həmin şəxslərdən üzr istəyirəm. Amma “mənim metrom”a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz. Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm.

Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ