Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1890
az

Ölkənin adam öldürən yerli dərmanları

09:4218 May, 2018
3405
TİBB
  • A
Bu gün Azərbaycan insanı üçün böyük təhlükə yaradan vasitələrdən biri də ölkədəki dərman mafiyasıdır. Birbaşa mövcud rejim təmsilçilərinin nəzarətində olan bu mafiya hər gün yüzlərlə insanı zəhərləyir, şikəst edir və ya həyatına son qoyur. Bənzər hadisələrdən biri də yaxın günlərdə dostlardan birinin qardaşının başına gəlib. Otuz iki yaşlı gənc, demək olar ki, ölümdən qıl payı qurtarıb. Belə ki, o həkim ona xəstəliyin müalicəsi üçün sadə “seftriakson” iynəsi yazıb. Dərmanın azacıq bir hissəsi vurulduqdan sonra gənc təngnəfəs olub və boğulmağa başlayıb. İynə ev şəraitində vurulduğuna görə ailə üzvlərinin gücü yalnız pəncərələri açmağa və xəstəyə sadə üsullarla yardım gstərməyə çatıb. Xoşbəxtlikdən, gənc müəyyən müddətdən sonra özünə gəlib və şok təhlükəsi sovuşub.

Aptekdən aldığı dərman ampulasını götürüb peşəkar həkim yanına gedən gənc üçün əsl şok aldığı xəbər olub. Həkim xəstəyə bildirib ki, dərman saxtadır və o, sadəcə təsadüf nəticəsində xilas olub. Dövlət xəstəxanalarından birində çalışan peşəkar həkimlə əlaqə yaradıb, məsələnin əslini də öyrəndik. Həkim təsdiq edir ki, gənc həqiqətən şansı gətirdiyinə görə xilas olub. “Bu dərmanlar yerli məhsuldur, bildiyimə görə Sumqayıtda istehsal olunur. Amma onların istehsalında ciddi nöqsanlara yol verilir. Dərmanların tərkibi, onlara qatılan komponentlər düzgün tənzimlənmir. Məhz bu yerli “seftriakson” iynəsindən neçə nəfərin şoka düşüb dünyasını dəyişdiyini bilirəm. Əslində, onun başqa ölkə istehsalı olan nümunələri antibiotik kimi çox effektlidir. Apteklərdə yerli istehsal olan nümunələr ucuzdur, amma təhlükəlidir. Həmin gənc də yalnız immunitet sisteminin güclü olması sayəsində xilas olub. Təəssüf ki, “seftriakson” insan həyatı üçün təhlükə yaradan yeganə dərman deyil. Siyahı xeyli uzundur. Bu haqda mətbuatda da dəfələrlə yazılıb. İnsanlara ehtiyatlı olmağı tövsiyə edirəm, Səhiyyə Nazirliyi də işi nəzarətə götürməlidir”.

Ölkənin durumu beldir. Peşəkar həkim dərmanların öldürə biləcəyi haqda xəbərdarlıq edir. Adi insan saxtanı gerçək nümunədən necə seçsin, kimə inansın, həyatını kimə etibar etsin? Çətin sualdır. Ona görə çətindir ki, ölkədə bu cinayətə cavab verəcək səlahiyyətli adam yoxdur. Çünki bu işlərin arxasında elə böyük adamların özləri dayanır…


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ