Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18886
az

Tolik Kəmaləddin Heydərova açıq müraciət etdi: Bizim günahımız nədir?

15:5110 Oktyabr, 2019
714
CƏMİYYƏT
  • A
 
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev Fövqalada Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib.
 
O eyni zamanda "Azəriqaz" istehsalat birliyinin rəhbəri Əkbər Hacıyev də müraciət ünvanlayıb.
 
Tolik yaşadığı binanın qaz problemi olduğunu bildirib.
 
"Hörmətli FHN Kəmaləddin müəllim və Azəriqazın baş direktoru Əkbər Hacıyev məcbur olub buradan sizə müraciət edirəm. Yaşadığım bina Bakının iki strateji obyektinin (H. Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi) qarşısında yerləşdiyindən əminəm ki, bu bina tikiləndə binanın bütün sənədləri tikintidə istismara yararlı olub, əgər əmin olmasaydılar bu bina tikilməzdi.
 
205 mənzilli bu binanın hazırda suyu, işığı mövcuddur. Hər birisi sayğaclarla təmin edilib. Bu gün Cənab Prezident İlham Əliyevin vətəndaşların yaşayışının yaxşı olmasını düşünərək hətta ucqar rayonlarda da vətəndaşlarımızı qazla təmin edib və etdirir. Amma əfsuslar olsun ki, bizim binanın qazla təmin olunması üçün bütün proseslər başa çatıb. Binaya qaz çəkilib, sayğaclar qoyulub, plomlar vurulub qaz verilməsinə tam hazır olması barədə akt da imzalanıb.
 
Bu gün qaz verilməsini gözləyərkən "Azəriqaz" bildirir ki, FHN binanın ümumi təhvil aktını verməsə, qaz verilməyəcək. İndi mənə maraqlıdır bu aktdı verməsələr binanı sökəcəklər? Burda bizim günahımız nədir? Vətəndaşlar soyuqdan binada yaşaya bilmir. Xahiş edirəm Cənab Nazir bu barədə müvafiq tapşırıqlarınızı verəsiniz." Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Metroda qatarlar niyə gecikib? - RƏSMİ AÇIQLAMA 
Gəlini Xalq artistinin qohumu imiş - VİDEO
Ən zərərli tərəvəzin adı açıqlandı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib