Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18851
az

Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir - "O cihaz olmasa, yuxuda keçinə bilərəm"

21:4309 Oktyabr, 2019
626
ŞOU-BİZNES
  • A
Xalq artisti Murad Dadaşov 10.000 insanda bir rast gəlinən və müalicəsi çətin olan xəstəlikdən əziyyət çəkir.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, o, bu barədə ilk dəfə Murad Arifin verilişində olarkən danışıb.

Xroniki yuxusuzluqdan əziyyət çəkən xalq artisti həkimlərin tövsiyəsi ilə yatanda xüsusi cihazla yatır. Aparıcının bu xəstəliyinin adı tibbdə Apnoe adlanır.

"Çox ciddi xəstəlikdir, insan yuxuda oyanmadan və bilmədən keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam, yata bilmərəm. Artıq bir müddətdir bu cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: "Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?" Düşünün ki, yəni bu dərəcədə. Sanki, başıma qaynar su tökdülər. Müalicəsi də çətindir, demək olar, yoxdur".

Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi xarakterizə olunur. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır. Əgər vaxtında yardım olunmazsa, ölür. Xəstəni qorumaq üçün xüsusi cihaz burnuna taxılır və nəfəs tənzimlənir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı