Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1883
az

WhatsApp”a yeni funksiyalar gəldi

22:0217 May, 2018
1137
MARAQLI
  • A
Oxu24.com ICTnews-a istinadən xəbər verir ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub.
Belə ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.

Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni "@" işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.

Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.

Yeni "WhatsApp" funksiyalarından "Android" və "iOS" mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO