Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
188
az

Bakıda dəfn üçün əvvəldən yerin ayrılması qəti qadağan olunub - Rəsmi

23:0302 Aprel, 2018
1220
MANŞET
  • A
 II Fəxri Xiyabanda I Fəxri Xiyabana nisbətən bir qədər sıxlıq olsa da, hazırda hər iki qəbiristanlıqda boş yerlər var. Bu qəbiristanlıqların ərazilərinin genişləndirilməsi məsələsi bu gün gündəmdə deyil”.

“Oxu24.com xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov deyib.

S.Həsənovun sözlərinə görə, bu gün Bakının mərkəzi qəbiristanlıqlarında sıxlıq müşahidə edilir, şəhər kənarındakı qəbiristanlıqlarda isə boş yerlər var.

Baş mühəndis boş torpaq yelərinin daha çox olduğu qəbiristanlıqlar kimi Hövsan, Buzovna, Binəqədi, Biləcəri qəbiristanlıqlarının adını çəkib:
“Mərkəzi qəbiristanlıqlarda sıxlıq var, amma boş torpaq yerləri də var. Biz heç bir qəbiristanlıqdakı yerlərin tam dolduğunu demirik, 1-2 nəfər üçün yer tapılır".
 
Baş mühəndis əlavə edib ki, cənazəsi olan istənilən şəxs qəbiristanlıqların ƏVXT tərəfindən təyin edilmiş nəzarətçilərinə müraciət edərək dəfn üçün torpaq yeri ala bilər:

“Biz əvvəldən kim üçünsə torpaq yeri ayırmırıq. Bu, qəti şəkildə qadağan olunub. Yalnız cənazə olduqda torpaq yeri ayırılır. Bakı şəhərində 32 qəbiristanlıq var, onların 2-si Fəxri, 2-si Şəhidlər Xiyabanıdır. Fəxri xiyabanlarda yalnız dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni həyata keçirilir. Qalan 28 qəbiristanlığın hamısına nəzarət edirik və əvvəlcdən heç kəsə dəfn üçün torpaq yeri vermirik. Amma istisna hal kimi dəfn olunanın həyat yoldaşının, yaxud övladının, yaxın qohumunun ərizəsi ilə qəbiristanlıqda dəfn olunanın yanında ər və ya arvad üçün bir yer saxlaya bilirik. Bu da çox nadir hallarda olur. Bu haldan başqa heç bir yer dəfn üçün saxlanıla bilməz”.

S.Həsənov qeyd edib ki, qəbiristanlıqda müsəlman olan bir şəxsin dəfni üçün 63 manat rüsum ödənilməlidir. Qeyri-müsəlmanlar isə tabutla dəfn edildiyindən onlar üçün dövlət rüsumu 79 manatdır:

“Bu məbləğə tikinti materiallarının pulu daxil deyil. Tikinti materialları mərhumun yaxınlarının hesabına alınır”.

S.Həsənov hazırda Bakıda heç bir qəbiristanlığın köçürülməsinin nəzərdə tutulmadığını da söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ