Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1865
az

Ermənistan vətəndaşı Azərbaycana keçmək istədi - TƏCİLİ

16:1217 May, 2018
2202
SİYASƏT
  • A
 Ermənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.

Oxu24.com  Ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.

Erməni əsgərlər onun bu cəhdinin qarşısını alıb. Saxlanılan şəxs Verin Karmiraxpyur kəndində orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Ermənistanla yanaşı Qazaxıstan vətəndaşlığı daşıyan şəxsin iki uşaq atası olduğu bildirilib.

O, bir müddət əvvəl kəndə anasının yanına qayıdıb. 12, 13 may tarixlərində isə Qazaxstana uçmağı planlaşdırırmış, lakin hava limanında biletini cıraraq fikrindən daşınıb.

Hazırda faktla bağlı Ermənistanın təhlükəsizlik xidməti və hərbi polis məşğuldur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi