Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18575
az

Şəfiqə Nağıyevadan efirə yaraşmayan sözlər: \"Sənə yedirdəcəm\"

11:5503 Oktyabr, 2019
2007
  • A
 
Sosial verilişlərdə hüquqşünas qismində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva "Elgizlə izlə" proqramında efirə yaraşmayan ifadə işlədib.

Oxu24.com  xəbər verir ki, ali təhsilli hüquqşünasın eks həyat yoldaşı ilə problem yaşayan qadınla mübahisəsi düşüb.

Mübahisə zamanı tərəflər bir-birini təhqir edib. Emosiyalarına sahib olmayan Ş.Nağıyeva efirdə olduğunu unudaraq qadını hədələyib:

"O tərbiyəsiz sözləri sənə yedirdəcəm. Görərsən! Sən mənə sübut etməlisən! Amma mən sənə yedirdəcəm, görərsən!"

Qeyd edək ki, Mirzəliyev Elçin adlı şəxs verilişə gələrək 3 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Hüseynova Zülfiyyəni xəyanətdə ittiham edib. Elgizin araşdırması nəticəsində məlum olub ki, keçmiş ər bunu birgə nikandan doğulmuş üç uşağa aliment verməkdən boyun qaçırmaq üçün bu addımı atıb.

Onun efirdə işlətdiyi bu sözlər artıq sosial şəbəkədə müzakirə olunur. Ali təhsilli hüquqşünasın efirə yaraşmayan hərəkəti tənqid olunur.

Xatırladaq ki, Şəfiqə Nağyeva ötən telemövsüm "Səni axtarıram" proqramında qadınları alçaltdığı üçün proqramdan uzaqlaşdırılmışdı.  

Bundan əvvəl də ekspert qismində iştirak etdiyi proqramlarda efirə yaraşmayan ifadələr işlətmişdi. "Səni axtarıram"da vəkilin sərt təpkilərindən və ittihamlarından bezərək ona boks əlcəyi hədiyyə alan Dövlət adlı kişiyə "Sənin kimi kişini başqa cür sındırıram" deməklə mətbuatda gündəm olmuşdu. (bakuws)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı