Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1851
az

Alpinistlər harada dəfn olunacaq?

11:3717 May, 2018
1605
CƏMİYYƏT
  • A
 Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, komissiyaya Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova deyib ki, tapılan alpinistlərin cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinə gətirilib, gecə müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir".

O qeyd edib ki, müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq: "Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək".

Günün təklif olunan videosu:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb
Dörd bürc həftə sonu milyon qazanacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi