Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18315
az

Cümə günündə hansı duaları etmək fəzilətli hesab olunur?

20:3825 Sentyabr, 2019
1411
CƏMİYYƏT
  • A
Cümə günü hacətlərin ən çox qəbul olan gün olduğu üçün, bu gündə dua etməyi unutmayaq. Bəs hansı dua bu gündə daha fəzilətli hesab olunur?

Hədislərimizin buyurduğuna görə, duaların qəbul olma zamanlarından biri - cümə gününün əsridir. Dua kitabları bizləri bu zamanda edə biləcəyimiz dualar ilə tanış edir.
Oxu24.com islam.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, cümə günü 600 min insan cəhənnəmdən azad edilir. Ona görə də cümə gününü bəzən "Yövmul-məzid" də adlandırırlar. Çünki bu gündə Allah bəndələrinə çox sayda savab yazır.

Məsumların (ə) nəzərinə görə, cümə gününün ən üstün zikri - salavatdır.

Salavat müxtəlif cür deyilə bilər. Onlarla tanış olaq.

1. Ənənəvi salavat. Cümə günündə yerinə yetirilməli əməllərdən biri - salavat göndərməkdir. Ən yaxşı zamanı isə əsrdən sonradır.

اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ

عَجِّلْ فَرَجَهُمْ

2. Şeyx Tusinin salavatı. Bu salavatın 100 dəfə deyilməsi məsləhət görülür:

صَلَوَاتُ اللّهِ وَ مَلائِكَتِهِ وَ أَنْبِيَائِهِ وَ رُسُلِهِ

وَ جَمِيعِ خَلْقِهِ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ السَّلامُ
عَلَيْهِ وَ عَلَيْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ وَ
رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

3. Həzrət İmam Sadiqin (ə) salavatı. İmam Sadiq (ə) buyurur ki, hər kim bu salavatı cümə gününün əsrində 10 dəfə deyərsə, həftə ərzində mələklər ona salavat göndərərlər:

اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ

مُحَمَّدٍ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ، وَ
بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ، وَ السَّلامُ عَلَيْهِمْ وَ
عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللّهِ وَ بَرَكَاتُهُ

4. Şeyx Kuleyninin salavatı. Şeyxin buyurduğuna görə, cümə gününün əsrində edilə bilən ən fəzilətli əməl - bu salavatı göndərməkdir ki, hər kim bu salavatı deyərsə, Allah ona 100 min savab yazar və 100 min günahını bağışlayar. Onun 100 min hacəti yerinə yetər və Allah onun behiştdəki məqamını 100 min dərəcə qaldırar.

اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِيَاءِ
الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ، وَ بَارِكْ عَلَيْهِمْ
بِأَفْضَلِ بَرَكَاتِكَ، وَ السَّلامُ عَلَيْهِ وَ عَلَيْهِمْ وَ
رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Bu salavatlarla yanaşı, bəzi dualar da tövsiyə olunur, o cümlədən "Səmat" duasını oxumaq. Məsumlar (ə) və din alimləri bu duanı oxumağı tövsiyə edirlər.

"Əşərat" duası da bu günün əsrində edilən fəzilətli dualardandır. İmam Əli (ə) bu duanı oğlu İmam Hüseynə (ə) tövsiyə edir ki, bu duanın mətni "Nəhcul-bəlağə" kitabında mövcuddur.

Cümə gününün əsrində "Qədr" surəsini oxumaq da fəzilətli əməllərdən hesab olunur və bu surəni 100 dəfə oxumağın böyük savabları vardır.

Həzrət Peyğəmbərin (s) etdiyi dua - cümə günü edilən dualardan biridir:

سُبْحَانَكَ لا إِلهَ إِلّا أَنْتَ، يَا حَنَّانُ يَا مَنَّانُ، يَا
بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرْضِ، يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Bununla yanaşı, Aşura ziyarətini, "Ali-Yasin" ziyarətini, "Nahiyə müqəddəsə" ziyarətlərini oxumaq da tövsiyə olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI
Reabilitasiya mərkəzinə yerləşdirilən Ağakərimin vəziyyəti AÇIQLANDI - FOTO

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı