Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1829
az

İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi – ŞOK ƏMƏLLƏR

18:0416 May, 2018
2219
KRİMİNAL
  • A
 İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Məhkəmə hökmündə qeyd olunub ki, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə gedən Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (cinayət işində adı keçən zərərçəkimişlərin ad və soyadları şərti verilib – red.) İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürüb, onları fahişəliyə cəlb edib.
 
İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.

Onun sözlərinə görə, bir müddət həmin istirahət mərkəzində özü də fahişəliklə məşğul olub: "Nərminə Qasımovanı "Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi”.
 
Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: "Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.
 
Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu "Səma” deyə müraciət edib.

 
Hökmə əsasən, Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
 
///Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı