Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18256
az

Bacıların ailəsində FACİƏ: Əri ölüb, övladları yaralanıb

15:1224 Sentyabr, 2019
981
KRİMİNAL
  • A
 
Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.

Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.

Gülyaz Məmmədova “Report”a məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" və "Picap" markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ 2106" markalı avtomobildə olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər