Qaynar xətt:

(+99450) 247 90 86

Avroliqanın qalibi müəyyənləşir - Yenilənir

İDMAN

1553

16.05.2018, 16:38

\"\" Bu gün 2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək. Oxu24.com  xəbər verir ki, finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gələcək. Həlledici qarşılaşma Lionda keçiriləcək. “Atletiko” üçüncü dəfə Avroliqada final həyəcanı yaşayacaq. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub. “Marsel” isə Avroliqa hələ UEFA Kuboku adlandığı zaman iki dəfə finalda meydana çıxıb. Amma 1999-cü ildə, həm də 2004-cü ildə Fransa klubu kuboka həsrət qalıb. UEFA Avropa Liqası Final 16 may 22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya) Baş hakim: Byörn Kuypers (Hollandiya) Lion, “Park Olimpik Lion”