Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18204
az

Bakıda dəhşətli hadisə: Bir meyit doğranmış halda,ikincisi külə dönmüş halda tapıldı

10:3223 Sentyabr, 2019
1136
  • A
 
Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Oxu24.com  Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur.

Araşdırmalar zamanı məlum olub ki, S.Rzayev əvvəlcə damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib. Qohumunun öldüyünə əmin olan S. Rzayev yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub