Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18200
az

NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? - FOTO

10:0123 Sentyabr, 2019
1021
MARAQLI
  • A
 
NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın olaraq tarixə düşən Ləman Bozqurdun əzmi və mübarizəsi bir çox insanlara da örnəkdir.

Oxu24.com -un məlumatına görə, Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, "Türkkuşu İnönü Təsisləri"ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.


Ləman Bozqurd 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinə qadınların da qəbul edilməsi qərarından faydalandı. O, 1955-ci ildə İzmir Hava Qüvvələri Akademiyasına müraciət etdi. 1957-ci ilin avqust ayında akademiyadan məzun oldu. Ləman Bozqurd məzun olmasını dostları ilə əylənərək qeyd edəndə NATO hələ 5 yaşında idi.

Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv uçaq pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılıb və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb. 1958-ci ilin noyabr ayından etibarən reaktiv uçaq pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçuşlar həyata keçirib.

Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal-plan şöbə müdiri və Mərkəzi şöbə müdiri olaraq müxtəlif vəzifələr yerinə yetirən Ləman Bozqurd polkovnik rütbəsində təqaüdə çıxıb. Ay-ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv uçaq pilotu Ləman Bozqurd eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca tək qadın reaktiv uçaq pilotu olub.

Onun həyatında verdiyi qərarlar arasında ən maraqlı məqamlardan biri də təyin edildiyi vəzifədən imtina etməsidir. Ləman Bozqurd "Jet Təhsil Heyəti"nə müəllim olaraq təyin olunsa da, o, buna etiraz edərək göylərdə uçmaq istədiyini bildirib.

O, bunun səbəbini bu cür izah edib: "Ömrümün sonuna qədər uçaraq vəzifədə olmaq istəyirəm. Yerdə oturmaq mənlik deyil. Bu imkanlardan məni məhrum etməməsi üçün hər zaman Tanrıya dua edirəm".

Ləman Bozqurd 4 may 2001-ci ildə Türkiyənin İzmir şəhərində vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

UEFA-dan Şahruddinin komandasına sərt cəza
Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi