Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1819
az

Usubovu tərifləyən jurnalistlərin nəzərinə! — Nazirlikdən mediaya etiraz

15:5316 May, 2018
1458
SİYASƏT
  • A
Kütləvi İnformasiya Vasitələrində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən də cənab nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir.

Oxu24.com  xəbər verir ki, bunu DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib. O qeyd edib ki, nazir belə yazıları rəğbətlə qarşılamır:

"Müəlliflərinə təşəkkür etməklə yanaşı onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır.

Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı R.Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər.

O ki, qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan Polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı