Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18144
az

“Lotu Quli” Qurana and içdi - Gürcü “qanuni oğru” ilə konflikt dərinləşir

21:0820 Sentyabr, 2019
842
CƏMİYYƏT
  • A
 Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) gürcü əsilli kriminal avtoritet Badri Koquaşvilini (“Badri Kutaisi”) cəzalandırmağı planlaşdırır.

Rusiya KİV-lərinin xəbərinə görə, Nadir Səlifovun Badri Koquaşviliyə qəzəbinin səbəbi ikincinin onu “qanuni oğru” statusundan məhrum etmək üçün “sxodka” təşkil etməyə səy göstərməsidir.

Badri Koquaşvilinin Nadir Səlifova “qanuni oğru” titulundan məhrum etmək cəhdi gürcü əsilli Quram Çixladzenin (“Kvejeoeviç”) vurulması ilə bağlıdır. Quram Çixladze Türkiyədə “Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib. Nadir Səlifov da silahdaşını müdafiəsiz qoymayıb.

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin “Quli” və onu dəstəkləyən digər “qanuni oğru” Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib.

Lakin Badri Koquaşvili və əslində bütün bunların araxasında dayandığı iddia edilən Zaxari Kalaşov (“Şakro Molodoy”) Nadir Səlifova qarşı hücumlarını davam etdirib. Nadir Səlifovun Qazaxstan xüsusi xidmət orqanlarının agenti olması barədə mediada tirajlanan məlumatdan sonra yenidən “sxodka” çağırmağa cəhd göstəriblər. Hələ ki, buna nail ola bilməyiblər. Əksinə, Zaxari Kalaşovun özü Merab Suxumskinin ittihamları ilə üz-üzə qalıb.

Bildirilir ki, Nadir Səlifov hazırda Badri Koquaşvilini axtarır. Onun hətta gürcü “qanuni oğru”nu istənilən vasitə ilə, harda olsa tapacağına dair “Quran”a and içdiyi bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ