Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18063
az

Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyi pozanlar üçün CƏRİMƏLƏR müəyyənləşib

22:4318 Sentyabr, 2019
473
CƏMİYYƏT
  • A
 

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli, fiziki və hüquqi şəxslər cərimələnəcəklər.

Trend-in məlumatına görə, bununla əlaqədar “İnzibati Xətalar Məcəlləsinə əlavələr dəyişiklik edilir.

Əlavəyə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyn pozulması, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılması, informasiya məhsulunun qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələnmədən ölkə ərazisində yayılması, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə cərimələr tətbiq ediləcək.

Bununla yanaşı, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsi, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin 1-ci və sonuncu səhifələrində çap məhsullarının və digər poliqrafik üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunması və ya həmin informasiya məhsulunun qablaşdırılmadan yayılması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə cərimələr olacaq.

Bu hallara görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatədək məbləğdə cərimə ediləcəklər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO