Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18016
az

Abşerondakı oteldə 21 yaşlı sevgilisini öldürdü — Başqa şəxslərlə də görüşürmüş - ŞOK TƏFƏRRÜAT

15:5917 Sentyabr, 2019
701
KRİMİNAL
  • A
 
Abşeron rayonunda hoteldə 21 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Nəriman Əliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılaçaq.

İlkin baxış iclası sentyabr ayının 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Abşeron rayonunda baş verib.

Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucova sevgilisi 35 yaşlı Kürdəmir rayon sakini Nəriman Əliyev tərəfindən qısqanclıq zəminində qətlə yetirilib.

Əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə 11 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi