Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17902
az

Kişi tanış qadınla spirtli içki içdi, sonra üstünə neft tökərək yandırdı - Dəhşətli cinayət

11:1714 Sentyabr, 2019
600
  • A
 


Bakıda sərxoş vəziyyətdə qadının üstünə neft tökərək yandırmaqda ittiham olunan 33 yaşlı Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, bu ilin fevralın 21-də Xətai rayonu, Nobel prospektində Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.

Qabil Tağıyev törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, fevralın 22-də Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları onu saxlaya bilib.


{banner_reklam1}


Məlum olub ki, cinayəti törətdiyi vaxt hər ikisi spirtli içkinin təsiri altında olub.

Belə ki, onlar əvvəlcə hadisə baş verən ünvanda yeyib-içiblər. Sonra onların arasında dava olub, dava sonra ağır cinayətlə nəticələnib.

İstintaq orqanı tərəfindən Qabil Tağıyevin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin qəsdən sağlamlığına az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bakıda silahlı şəxs tutulub

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO