Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17887
az

Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO

22:1613 Sentyabr, 2019
938
  • A
Rusiya 17-22 sentyabr tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş olunması üçün Su-35 qırıcısını Türkiyəyə göndərib.

Oxu24.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, Baykar Texniki məsələlər üzrə direktor və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlçuk Bayraktar İstanbula enən qırıcının fotosunu paylaşıb.

"Sürpriz qonaqlarımızdan biri gəldi", - o, rus qırıcısının Türkiyəyə gəlməsini şərh edib.

Xatırladaq ki, avqustun 27-də Moskvada keçirilən “MAKS-2019” aviasiya və kosmos sərgisinin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə TEKNOFEST-ə Su-35 qırıcısının göndərilməsini təklif etmişdi. Qırıcını İstanbula göndərən Putin həmkarının təklifinə müsbət cavab verib.

Bu, Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsini həzm etməyən ABŞ başqa olmaqla, Qərbə növbəti sərt siqnal hesab oluna bilər. Ərdoğanın “MAKS-2019”-da olarkən Su-35 qırıcıları ilə yaxından tanış olması Qərb dairələrində müsbət qarşılanmamışdı. Su-35 qırıcısının Türkiyəyə gəlməsi həm də bu hərbi texnikanı əldə etmək istəyinin açıq ifadə olunması kimi qiymətləndirilir. Ankara dəfələrlə bəyan edib ki, ABŞ F-35 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə alternativlər axtarmalı olacaq. Su-35 isə F-35 qırıcısına ən real alternativ hesab olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü