Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17846
az

Xələfovdan Paşinyana SƏRT XƏBƏRDARLIQ: Müharibəyə təhrik edən...

23:2712 Sentyabr, 2019
976
  • A
"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir".

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı bildirib.

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: “Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq” (Report) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə qəza - 5 nəfər yaralandı
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
Kəlbəcərin Baş Planının detalları açıqlandı - FOTO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO