Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17845
az

Maaşlarla bağlı daha bir ŞAD XƏBƏR

22:4412 Sentyabr, 2019
680
  • A
 Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiqlənib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Bununla da Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 106-6 və 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli qərarları olunub.

Nazirlər Kabineti qərara alıb ki, 1 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.
2 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.
Qeyd edək ki, qərarlar Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsaslanır.
Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Xatırladaq ki, bu ilin iyunun 18-də Prezident İlham Əliyev DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla qurumun xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?
1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ