Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17826
az

Bakıda qadından ŞOK əməl: Taksi sürücüsünün başına qaranlıqda oyun açdı

16:2712 Sentyabr, 2019
658
KRİMİNAL
  • A
 
Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə cinayətlər törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına  görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Həşimov və E. Kazımov 12 il, A. Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, şəhər sakini Adil Babayev Xəzər rayon Polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

{banner_reklam1}

Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon Polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.



Həmçinin oxu:  Kəsdikləri ağacın içərisindən elə şey tapdılar ki, dünya ŞOK oldu- SENSASİON VİDEO

Alt paltarı geyinməyən qızı görən baş məşqçi özünü itirdi - FOTO+VİDEO


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”