Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17809
az

Turistlərə ədəbsiz təkliflər edən qadınlar “Torqovı”dan yığışdırıldı - DİN

11:1412 Sentyabr, 2019
687
KRİMİNAL
  • A
 

"Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də "Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb".

Oxu24.com -un  xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

"Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - "Əxlaq polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”, - deyə E.Zahidov bildirib.

DİN-in nümayəndəsi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulan vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü