Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1780
az

Bu şəxslər üçün ipoteka krediti almaq asanlaşdı - DİQQƏT!

16:4415 May, 2018
1834
CƏMİYYƏT
  • A
 Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası"nda etdiyi dəyişikliklərlə reallaşıb.

Oxu24.com xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert yeni dəyişikliklər nədən ibarət olduğuna belə aydınlıq gətirib: "Əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb. Eyni zamanda orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alınacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onun gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən kredit üçün müraciət edən şəxsin ən azı 2 il belə fəaliyyətlə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə əsasən, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək.

Bundan əlavə, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilə biləcək".



V.Bayramov hesab edir ki, son dəyişikliklər təqdirəlayiq olsa belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma da ehtiyac var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ