Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17793
az

Məscidin divarlarına təhqiramiz sözlər yazdı, görün nə baş verdi

19:5911 Sentyabr, 2019
601
KRİMİNAL
  • A
Avstraliyada Kvinslend ştatının paytaxtı Brisben şəhərində ekstremistlər tərəfindən məscidin divarlarına təhqiramiz sözlər və faşist svastikası rəsmləri çəkilməsi böyük etirazlara səbəb olub. Müsəlman icmasının rəhbərləri, millət vəkilləri və siyasətçilər bu vandalizm aktını kəskin şəkildə pisləyən bəyanatlar yayıblar.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Kvinslend polisi insidentlə bağlı təhqiqat aparır. Qeyd olunub ki, 1908-ci ildə tikilən məscid binası bu ştatdakı müsəlman icmasının əsas ibadət yeridir. Avstraliya İmamlar Şurasının bəyanatında bildirilir ki, bu vandalizm aktı "böyük qəbahətdir". "Biz bu cür hərəkətləri qətiyyətlə pisləyirik, lakin bildirmək istəyirik ki, onlar bizim milli birliyimizə xələl gətirə bilməz", -deyə icmanın bəyanatında vurğulanır.

Avstraliyanın Leyboristlər Partiyasından millət vəkili Stirlinq Hinçliff də bu insidenti pisləyərək qeyd edib ki, Kvinslend sakinləri ekstremistlərin bu hərəkətinə öz həmrəyliyi ilə cavab verəcək". Digər deputat Terri Batler isə müsəlman icmasına dəstəyini ifadə edərək bu hadisəni "iyrənc vandalizm" adlandırıb. O əlavə edib ki, şəhər ictimaiyyəti bu aktı törədən qorxaqlardan daha güclüdür.

Avstraliya parlamentinin digər üzvləri və siyasətçilər Brisbenin hüquq-mühafizə orqanlarından cinayətkarların tapılmasını və cəzalandırılmasını tələb ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi