Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17761
az

Naibə Allahverdiyevadan ÜZÜCÜ XƏBƏR: "Ölümdən ayıldım..."

18:1410 Sentyabr, 2019
1018
CƏMİYYƏT
  • A
 
Xalq artisti Naibə Allahverdiyeva müalicə olunması üçün Türkiyəyə aparılır.

Oxu24.com  xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktrisanın özü məlumat verib:


"Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz. Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım. Bir sözlə həkimlərin səriştəsizliyinin qurbanı oldum. Ona görə də müayinələrimi yığıb Türkiyəyə göndərdim. Oradan cavab gəldi ki, gəlsin, yenidən yoxlayaq və konkret cavab deyək. Bu gün saat 16:00-da Türkiyəyə gedəcəm. Ümid edirəm ki, yaxşı olaram".

Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi:

"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".

Həkim aktrisaya vurulan iynənin vaxtıkeçmiş olduğunu bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
Sabah 4 rayonda qaz olmayacaq
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO