İntihar edən 17 yaşlı abituriyentin imtahandan çıxma anı və vida məktubu
14:5015 May, 2018
3331
KRİMİNAL
A
Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.
"Qafqazinfo"nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıblar. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.
Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.Ətraflı videonu təqdim edirik:
ŞƏRHLƏR