Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1770
az

Fədayə Laçından xəbər var

14:2815 May, 2018
1759
KRİMİNAL
  • A
"Həbsdə olan müğənni Fədayə Laçının səhhəti yaxşı deyil"

Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Hazırda iş üzrə istintaqın davam etdiyini deyən vəkil F.Laçının hər həftə ailəsi ilə əlaqə saxladığını vurğulayıb.


"Qrup cinayəti olduğuna görə, ola bilsin ki, istintaq uzun müddət davam etsin. Fədayə xanımın vəziyyətinin saxlanma şəraitindən şikayəti yoxdur. Ailəsi ilə əlaqə saxlayır, istəklərini bildirir”, - deyə vəkil söyləyib.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ