Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17674
az

10 ildir saadəcə "Fast food"la qidalanan gənc kar və kor oldu

18:3708 Sentyabr, 2019
440
DÜNYA
  • A
 İngiltərədə yaşayan 17 yaşlı gənc davamlı olaraq kartof qızartması, cips və sosis kimi qidalar yediyi üçün kor və kar olub.

Təxminən 10 ildir sadəcə bu qidaları yeyən gənc normal boy və çəkiyə sahib olsa da, müayinə zamanı bədəninin B12, mis, selenyum və D vitamini tərkibi qidalar baxımından əksik olduğunu və sümüklərinin zəif olduğunu ortaya çıxarıb.

Həkim gəncin 10 ildir sadəcə bu yeməklərlə qidalandığını öyrəndikdə böyük şok yaşayıb.

Gənc ilk dəfə 14 yaşında olarkən “yorğunluq” şikayəti ilə həkimə müraciət edib. Qan testləri gəncdə B12 çatışmazlığı səbəbilə qansızlıq olduğunu ortaya çıxarıb. Bu da yorğunluğa səbəb olan əsas amil idi.

15 yaşına çatdıqda isə gəncin əvvəlcə eşitmə, daha sonra isə görmə qabiliyyəti zəifləyib. Görmə və eşitmə qabiliyyəti iki il boyunca getdikcə zəifləyən gənc 17 yaşına çatdıqda tamamilə kar və kor olub.

Daima “Fast-food” kimi kimi qidalar yeyən gənc vitamin çatışmazlığı səbəbilə əsəb pozuntusu yaşayıb.

Bu problem daha çox uşaqların zərərli qidalandığı ölkələrdə rast gəlinir. Adı açıqlanmayan gəncin müalicəsi ilə məşğul olan Bristol Universiteti Milli Səhiyyə Xidmətlərində fəaliyyət göstərən həkim zəif qidalanma ilə görmə qabiliyyəti arasında böyük əlaqə olduğunu bildirib və bu mövzuda valideynləri xəbərdar edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Mal-qara oğurlayanlar tutuldu