Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
176
az

Külli miqdarda dərman məhv edilib

17:0702 Aprel, 2018
1550
HÜQUQ
  • A
 Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib.

Dövlət Gömrük Komitəsindən “Oxu24.com”a daxil olan xəbərə görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində “Referans pharmaceuticals” , “Radez”, “Loğman farm”, “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq” , “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas pharma”  və s. firmalar tərəfindən  müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda  məhv edilib.

Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən külli miqdarda dərman vasitələri müsadirə edilərək  ekolojı poliqonda məhv edilib:

Məhv edilən dərman preparatları və qida əlavələrinin ümumi dəyəri 352000 manat təşkil edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külli miqdarda dərman məhv edilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi