Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17569
az

Bölgədə qorxunc gəlişmə: “İsrail İranı vuracaq” – Tramp “yaşıl işıq” yandırdı

17:1405 Sentyabr, 2019
754
DÜNYA
  • A
 
“İsrail hazırda İrana birtərəfli hücum etməyi müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp sələfləri – Corc Buş və Barak Obamadan fərqli olaraq, belə bir hücuma görə məyus olmayacaq.

Mənbənin iddiasına görə, İsrail 2012-ci ildə ABŞ-da Obamanın hakimiyyəti dönəmində İrana hücum etməyə yaxın olsa da, ABŞ son anda İsraili bu qərarından yayındıra bilib.

Bununla belə “Nyu-York Tayms” Trampın nüvə proqramı ilə əlaqədar İranla danışıqlar aparmağa cəhd edə biləcəyini qəbul edən Baş nazir Binyamin Netanyahu ilə də danışacağını yazıb: “Netanyahu Trampa bildirib ki, bu dəfə İrana təsir etmək üçün daha çox imkanları var”.

Məqalədə qeyd olunur ki, Pentaqon ABŞ-ın qərbindəki Fordo səhrasında İranın uran zənginləşdirmə zavodunun dəqiq bir maketini hazırlayaraq, anti-bunker bombası (MOP) ilə partlatdıb: “Birləşmiş Ştatlar İsrailin Obama administrasiyasının İranın nüvə silahı əldə etməməsi ilə bağlı qorxularını aradan qaldırmaq üçün İsrailə bir test videosunu göstərib. İddiaya görə, Amerikanın casus peykləri İsrail dronlarını İranın nüvə obyektlərinə yönəltmək üçün məxfi məlumatlar əldə edib”.

Qəzetin yazdığına görə, 2010-cu ilin noyabrında Netanyahu və o vaxtkı müdafiə naziri Ehud Barak MOSSAD-ın qərargahında bir araya gələrək, İsrailin müdafiə rəsmiləri ilə İrana hücum planını müzakirə edib:

“Lakin silahlı qüvvələrin baş qərargah rəisi general-leytenant Qabi Aşkenazi əhəmiyyətli müvəffəqiyyətlərə baxmayaraq, İsrail müdafiə qüvvələrinin hələ əməliyyat potensialı həddini keçmədiyini söylədikdə söhbət tez bir zamanda mübahisəyə çevrilib.

Digər yandan, Obama administrasiyası İsraili İrana hücum qərarından çəkindirmək üçün hər həftə bir neçə yüksək vəzifəli məmuru İsrailə göndərirdi. Netanyahu da İrana hücum iddiasının həqiqət olduğunu dedi. Həmin dönəmdə amerikalılar bu səbəbdən narahat idilər, sonda isə uçurumun kənarından geri çəkildilər”.

“Düşünürəm ki, Trampın Netanyahuya İrana hücum etməsinə “yaşıl işıq” yandırması daha çox ehtimal olunur. Ancaq bu böyük bir riskdir”, - deyə ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro “Nyu-York Tayms”a bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü