Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1748
az

Prezident qanunu təsdiqlədi - Bu şəxslər cəzalandırılacaq

21:2914 May, 2018
1933
  • A
 Azərbaycan prezidenti İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib.
 
Oxu24.COM-un məlumatına görə, dövlət başçısı müvafiq sərəncam imzalayıb.
 
Dəyişikliyə əsasən, 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilərək belə verilir: "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”. Eyni ifadələr maddənin birinci bəndinə də daxil edilir və mövcud cəzalar buna da şamil edilir.
 
Qeyd edək ki, maddədə qeyd edilən bəndinin məsuliyyəti belədir: "Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Cəbrayıl şəhərciyində qadın     narkotiklə      saxlanıldı