Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17436
az

Ginekoloji xəstəliklər və menstruasiya pozulmaları - Səbəblər, müalicə

14:5702 Sentyabr, 2019
1570
TİBB
  • A
 
Aybaşı pozulmaları, ağrılı aybaşı, uşaqlıq yolundan xoşagəlməz ifrazat, üzdə sızanaqlar, tüklənmə, sonsuzluq, inkişafdan qalmış hamiləlik – bu kimi problemlər sizi narahat edirmi? Bütün bunlar qadın cinsiyyət orqanlarının iltihabi və endokrin pozulmalarının əlaməti ola bilər.

Bildiyimiz kimi, ginekoloji xəstəliklərin böyük bir qismini sonsuzluq təşkil edir. Qadın sonsuzluğu birincili və ikincili olmaqla 2 yerə bölünür.

Qadın sonsuzluğunun səbəbləri:

- Psixogen mənşəli
- Ovulyasiyanın pozulması (endokrin sonsuzluq) (35 – 40 %)

- Uşaqlıq borusu və peritoneal faktor (20-30%)
- Müxtəlif ginekoloji xəstəliklər (15 – 25 %)
- İmmunoloji səbəblər ( 2% )

Psixogen mənşəli sonsuzluğun səbəbləri: ailədə, işdə konfliktlər, qeyri – qənaətbəxş cinsi həyat, hamiləlikdən, uşaq doğmaqdan qorxmaq; bunlar həm ovulyasiyanın pozulmasına və vegetativ sinir sisteminə təsir etməklə boruların spazmına səbəb olaraq sonsuzluğa gətirir.
 


Endokrin sonsuzluq:
 
Endokrinoloji ginekologiya - endokrinologiyanın  ayrıca bir sahəsidir. Endokrin sistemin pozulması cinsiyyət sisteminin xəstəliklərinin yaranma və inkişafında mühüm rol oynayır. Cinsiyyət orqanlarının endokrin funksiyalarının pozulması (menstrual disfunksiya, polikistoz yumurtalıq, amenoreya, sonsuzluq və s.) həm vəzin öz funksiyasının pozulması, həm də hipotalamo-hipofizar sistemi səviyyəsində pozulma ilə əlaqəli ola bilər. Sonsuzluq problemi ilə üzləşən qadınların 35 - 40%- də endokrin pozulma müşahidə edilir (endokrin mənşəli sonsuzluq): endokrin sonsuzluq ovulyasiya prosesinin pozulması, hormonal disfunksiya fonunda yumurta hüceyrənin mayalanma və yaxud, embrionun implantasiya-sının pozulması nəticəsində baş verir.

Uşaqlıq borusu və peritoneal faktor: boru sonsuzluğu uşaqlıq borusunun funksional aktivliyinin pozulması və ya orqanik zədələnməsi nəticəsində yaranır.
Peritoneal sonsuzluq: uşaqlıq artımları ətrafında bitişmələrin olması nəticəsində əmələ gəlir. Bu bitişmələr cinsi orqanların iltihabi xəstəlikləri, qarın boşluğu və kiçik çanaqda əməliyyatlardan sonra əmələ gələ bilər.

Ginekoloji xəstəliklər nəticəsində yaranan sonsuzluq: endometriyanın polipləri, endometrioz, miomalar – submukoz düyünlər, uşaqlıqdaxili arakəsmələr və s. embrionun implantasiyasına mane olur.

İmmun sonsuzluq: qadında antispermal antitel əmələ gəlir.

Bunlardan başqa xroniki infeksiya ocaqları, o cümlədən, gingivit, parodontit, karies, ölü dişlər; sinusit; mədə-bağırsaq traktı və sidikçıxarıcı yolların infeksiyaları və s. sanasiya olunmadıqda daimi orqanizmi toksinlə yükləyir və digər sistemlərdə olduğu kimi, ginekoloji xəstəliklərin, iltihabın xronikiləşməsində  xüsusi rol oynayır.

Vaxtında müalicə olunmayan iltihabi xəstəliklər (endometrit, miometrit, kolpit, adneksit, salpinqooforit və s.) gələcəkdə ağır fəsadlara səbəb ola bilər (boruların bağlanması, aybaşı pozulmaları, sonsuzluq). Akademik təbabətdə iltihabi prosesləri aradan qaldırmaq üçün əsasən antibiotiklərdən və iltihabəleyhinə preparatlardan istifadə edilir. Antibiotiklər normal mikrofloranı pozaraq disbioz əmələ gətirir, immundisfunksiya yaradır. Belə ki, normal mikroflora və sağlam bağırsaq insan orqanizmində immun sisteminin 60-70%-ni təşkil edir. İmmun sisteminin zəifləməsi xəstəliklərin xronikləşməsinə səbəb olur.

Eyni zamanda hormonal pozulmalar müalicəyə çətin tabe olur. Akademik təbabətdə hormonal disbalansı aradan qaldırmaq üçün, adətən, əvəzedici terapiyadan istifadə edilir ki, bununda bir çox fəsadları və əlavə təsirləri vardır.

Bəzi hallarda cütlüklərdə sonsuzluğun səbəbini aşkar etmək mümkün olmur. Bioloji Təbabətlə digər sonsuzluqlarla yanaşı idiopatik, yəni səbəbi bilinməyən sonsuzluqların müalicəsində də çox böyük uğurlar əldə olunmuşdur.

Müalicə

Bioloji Təbabətlə müalicə zamanı xəstəyə individual yanaşılır: pasientin fərdi xüsusiyyətləri, xəstəliyin etiopatogenezi (səbəbi, inkişafı, gələcək nəticələri) nəzərə alınaraq müalicə təyin olunur. Bioloji Təbabətdə istifadə olunan preparatlar Almaniyada istehsal olunur - biotənzimləyici təsir göstərən bu preparatlar orqanların fizioloji funksiyasını, qarşılıqlı əlaqəsini və əks-əlaqəsini tənzimləyərək, immun, endokrin disfunksiyanı, iltihabı və s. aradan qaldırmaqla sağalmaya səbəb olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ginekoloji xəstəliklər və menstruasiya pozulmaları - Səbəblər, müalicə
Erkən boşalma xəstəlikdirmi? -Həkim müalicəsi yollarını açıqladı
Yandırma və qaşınma ilkin əlamətləridir - Gizli gedən qadın xəstıliyinin müalicə üsuluu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi