Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17433
az

“Qarabağ” İngiltərə Premyer Liqasından oyunçu alır - SON DƏQİQƏ

14:0802 Sentyabr, 2019
1202
İDMAN
  • A
 
Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alır.

Oxu24.com  "Qol.az"a istinadən xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalamaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.


Şehiç niyə transfer edilmədi?

Qol.az-ın əldə etdiyi xəbərə görə, “Qarabağ” Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi də almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu “Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən “Qarabağ” türk klubu ilə danışıqları dayandırıb. Ona görə də "Qarabağ" transfer siyahısında olan digər qapıçı Asmir Beqoviçlə danışıqlar apararaq onunla razılıq əldə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanıldı