Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17372
az

Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır: oğlanda ya qızda?

19:1331 Avqust, 2019
1062
CƏMİYYƏT
  • A
Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır: oğlanda ya qızda?

Kəbin kağızı tərəflər arasında dini cəhətdən qanuni sayılan nikah əqdinin - kəbinin oxunduğunu təsdiq edən sənəddir. Əslində şəriətin vacib saydığı şərt kəbini şifahi şəkildə oxumaqdır. Əgər kəbinin sözləri bütün şərtləri ilə birlikdə düzgün oxunursa, artıq tərəflər ər-arvad sayılırlar. Amma bundan əlavə, adət-ənənəyə görə kəbin kağızı da yazılır. Kəbin kağızı daha çox hüquqi mahiyyət daşıyan formal sənəddir. Kəbin kağızı ona görə yazılır ki, əvvəla, ətrafdakı insanlar kəbini şübhə altına salmasınlar. İkincisi, əgər boşanma baş verərsə, kəbin kağızı qadının hüququnu qorumaq üçün ən vacib sənəddir. Belə ki, qadın kəbin kağızına istinad etməklə təyin olunuş mehriyyəni (kəbin pulunu) kişidən tələb edə bilər.

Kəbin kağızının kimdə qalması ciddi prinsipial əhəmiyyət daşımır. Lakin yuxarıda yazılanları nəzərə alaraq, ənənəyə görə kəbin kağızını nikaha daxil olan qız və ya onun qohumları özündə saxlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb