Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1732
az

Əqli çatışmazlığı olan erməni əsgəri zorlayıb öldürdülər - ŞOK DETALLAR

16:1814 May, 2018
1727
DÜNYA
  • A
Ermənistan ordusunda əqli problemləri olan müddətli xidmət hərbi qulluqçusu, İrəvan dövlət universitetinin iqtisadiyyat və idarəetmə fakultəsinin tələbəsi Narek Adibekyan 45 gündən sonra evə qayıtmalı ikən, təcavüzə məruz qalaraq öldürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Adibekyan işğal altında olan Qarabağ ərazisindəki qanunsuz hərbi hissələrdən birində xidmət etməklə, döyüş mövqeyində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır güllə yarasından ölüb. Adibekyan, qeyri-müəyyən şəraitdə ölərkən, Ermənistan müdafiə naziri Vigen Sarkisyan olub.

İstintaq komitəsi öldürmə maddəsi ilə cinayət işi başlayıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, meyit üzərində çox saylı xəsarətlər, qanaxmalar, dərisində çapıqlar, küt alətlə zəbə izləri olub. Belə bir təsəvvür yaranır ki, tam bir ordu erməni əsgərə işgəncə verib.

Hadisə baş verən gün, 11 dekabr 2017-ci il saat 19:30 radələrində müdafiə nazirliyində dəyiri masa ətrafında Avropa parlamenti nümayəndəsinin, polkovnik Alik Avetisyanın və digər müxtəlif qurum nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilirdi. Onlar Ermənistan silahlı qüvvələrində insan haqları üzrə Avropa standartlarının tətbiqi barədə danışıblar. Müstəntiq əşyaların sübutlarını saxtalaşdırıb.

3-cü qarnizon istintaq idarəsinin müstəntiqlərinə izahat verən “K.X” bildirib ki, Narek Adibekyan ona işgəncə verib. İttihama görə, 3 ay boyunca Narek Adibekyan “K.X”ni döyüb, işgəncə verib və cinsi xarakterli zorakılıq hərəkətləri edib. Lakin ölüm səbəbinin söyüş olduğunu qeyd edib. Adibekyan ondan qəhvəsinin harada olduğunu soruşub, “K.X” isə cavabında, aşağıda içdiyini, burada yenidən içməyin vacib olmadığını deyib. “K.X”nin izahatına görə, bu sözdən sonra Adibekyan onun ünvanına ana söyüşü söyüb.

Həmin məqamda “K.X” səs çıxarmadan silahı dolduraraq, Adibekyana 3-4 dəfə atəş açıb. Ölən hərbi qulluqçunun varisinin hüquqlarını müdafiə edən hərbi ekspert, hüquq müdafiəçisi Ruben Martirosyan bu iddialara şübhə edir.

Onun sözlərinə görə, hadisəni törədən hərbi qulluqçunun izahatı tamamilə müstəntiqlərin diktəsi və rəyi ilə yazılıb, məhkəmə tibbi ekspertizasının verdiyi rəylə heç bir uyğunluğu yoxdur.

Hadisə yerindən toplanan sübutlar arasında zərfdə giliz saxlanıldığı qeyd olunub. Lakin əslində baxış keçirilərkən, zərfdə giliz yox, güllə olduğu məlum olub. Yəni qərar qəbul edildikdən sonra müstəntiq özünün qeyd etdiyi gilizi çıxararaq, əvəzində güllə qoyub. Giliz vasitəsilə gülənin hansı və kimin silahından atış açıldığını müəyyən etmək mümkündür. Ancaq müstəntiq gilizi güllə ilə əvəz edərək bu imkanı aradan qaldırıb. Bundan əlavə, Narek Adibekyanın silahı zərflə bərkidildikdən sonra, qanunsuz olaraq açılıb və 30 güllə dolu daraq ora yerləşdirilib.

Müstəntiqlərin versiyasına görə ona atəş açan “K.X.” səssiz silahı doldurub və çevrilərək atəş açıb. Ancaq məhkəmə tibbi ekspertizasının rəyinə görə, Narek Adibekyan da atəş açıb və ya onun silahından atəş açıblar. Bu faktlar isə tamamilə gizlədilib. Hadisə yerindən atılan güllələrin gilizləri yox olub. Müstəntiqə qarşı istintaq xidmətinə şikayət ərizəsi göndərilib.

Giliz saxlanılan zərfə baxış keçirilərkən, qeyd olunan nömrə ilə gilizdəki nömrələrin fərqli olduğu qeydə alınıb. Bu fakt da bir daha saxtakarlığı ortaya qoyur. Ekspertlərə 6 güllə göndərilib. Onlardan 4 ədədi “K.X”nin silahından atılıb. Digər 2 güllənin izlərindən məlum olur ki, güllə başqa silahlardan atılıb. Bu məqamda postdakı bütün hərbi qulluqçuların silahları ekspertizaya cəlb edilməli idi, lakin bu edilməyib.

Bəs ehtimal olunan qatil kimdir?

“K.X”nin sənədlərinə görə o, əqli problemləri olan şəxsdir və orduya qismən məhdud olmaqla çağırılıb. O, təbiətcə yazıq və uşaq ağıllı bir şəxsdir. Bu xəstə, əqli problemi olan gənc erməni əsgəri hərbi hissədə təcavüzə məruz qalıb. Onu ən təhqiramiz üsullarla məsxərəyə və təcavüzə məruz qoyublar.

Bunu Narek Adıbekyanın törətdiyinə dair inandırıcı sübutlar yoxdur. Ölüm işində təqsirləndirilən “K.X” izahatında qeyd edir ki, bu təcavüz hərəkətlərini Adıbekyan yalnız hər ikisi eyni vaxtda postda olarkən törədirdi. Bu bizə əsas verir ki, izahat sübutları saxtalaşdıran erməni müstəntiqlərin dili ilə yazılıb. Əqli cəhətdən xəstə olan və məhdudiyyətlə hərbi xidmətə yararlı hesab edilən əsgərin silahla təmin edilməsi və posta göndərilməsi ayrı bir cinayətdir. Həmçinin ailələrində bu cür xəstəlik daşıyıcıları olduğuna görə, irsi xəstəlik daşıyıcısı kimi hərbi xidmətdən azad edilməli idi.

Bu cür əqli çatışmazlığı olan şəxsi asanlıqla insan qatilinə çevirməklə, əsl həqiqətin gizlədilməsində, müstəntiqlərin böyük rolu var. Səbirsizliklə Ermənistan 3-cü qarnizon istintaq idarəsinin bu məqaləyə cavabını gözləyiririk.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır