Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17284
az

"YAP desə ki, müharibəyə get, mən gedəcəyəm" — Ağacan Əbiyev

12:1929 Avqust, 2019
881
SİYASƏT
  • A
 
Milli Məclisin yaşlı deputatlarının növbəti parlament seçkilərinə qatılmayacağı barədə ehtimallar irəli sürülür.

 
Oxu24.com  “Yeni Sabah”a istinadən Milli Məclisin ən yaşlı üzvlərindən olan Ağacan Əbiyevlə söhbəti təqdim edir.


Məlumat üçün deyək ki, Ağacan Əbiyevin 82 yaşı var. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

 

Ağacan Əbiyevin siyasi mənsubiyyətinə gəlincə, o, hakim Yeni Azərbaycan Partiyasını (YAP) seçib. Deputat "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

 

Ağacan Əbiyev növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyi hələlik heç nə deyə bilməyəcəyini söyləyib. Deputat bildirib ki, bu, partiyanın qərarından asılı olacaq. “Bu barədə heç nə deyə bilmərəm. Partiyanın qərarı olmalıdır. Ancaq indi heç nə bilinmir. Hələ bu məsələ haqqında heç kim heç nə fikirləşmir”,- deyə Ağacan Əbiyev vurğulayıb.

 

Yaşlı deputatların növbəti seçkilərə buraxılmayacağı barədə ehtimallara gəlincə deputat deyib: “Bu problem deyil ki. Gözləsinlər də bir az. Bəlkə istəyirlər ki, kimsə nə vaxt öləcək, onu da yazaq. Səbr etmək lazımdır. Hər şeyin qayda-qanunu var. Bu bir adamın işi deyil. Burda təşkilat var, insanlar var. Mən özüm özümü seçmirəm ki. Təklif olmalıdır. Tələsməyin. Bir aydan sonra biləcəksiniz”.

 

Ağacan Əbiyev partiyanın qərarı olacağı təqdirdə seçkiyə qatılıb-qatılmayacağı barədə sualı belə cavablandırıb: “Partiya desə ki, hücuma keç, müharibəyə get, mən gedəcəyəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İsrail hökuməti ciddi narahatlıq keçirir
İsrail atəşkəsə hazırdır… – Netanyahu
İvana Jivkoviç Ermənistana gəldi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü