Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
BÜTÜN XƏBƏRLƏR
17138
az

Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər

19:0525 Avqust, 2019
696
SİYASƏT
  • A
 Şərqi Avropanın iki tanınmış eksperti Rusiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatını yenidən 1998-ci ildəki fəlakətli vəziyyətə gətirdiyini bildirib.
Bununla bağlı “Business Insider Deutschland” jurnalında xüsusi yazı dərc olunub. Yazıda Rusiya üzrə təcrübəli mütəxəsislər sayılan Ben Aris və İvan Tkaçovun araşdırmasının nəticələri əks olunub.

Onların gəldiyi qənaətə görə, hazırda anti-Putin çıxışlarının arxasında təkcə müxalifət deputatlarının qarşıdan gələn Moskva Şəhər Duması seçkilərinə buraxılmaması deyil, əhalinin pensiyaların ildən-ilə azalmasından, iqtisadi durğunluqdan, maaşların cüziliyndən təngə gəlməsi durur.

“Əgər Rusiyanın dünya ÜDM-dəki payına baxılsa o zaman onun Vladimir Putinin təhvil aldğı 90-cı illər səviyyəsinə qədər gerilədiyini görmək olar. Onsuz da Rusiyanın 2008-ci ilə qədər dünya iqtisadiyyatındakı rolu elə də əhəmiyyətli sayılmırdı. Lakin indi dünyanın ərazicə ən böyük dövləti rəqiblərinin irəli getdiyi bir vaxtda ən yaxşı halda yerində saymağa məhkumdur” – deyə məqalədə göstərilir.

Yazıda 1990-cı illərin hələ də rusiyalıların yaddaışında olduqca pis izlər buraxdığı vurğulanır.

“Vladimir Putinin 1999-cu ildə hakimiyyətə gəlməsi ilə situasiya dəyişdi. Bir yandan baxanda isə onun əməlli-başlı bəxti gətirdi. Belə ki, 2000-ci illərin əvvələrində neftin qiyməti özünün tarixi minimumu sayılan 10 dollardan birdən-birə 150 dollara qədər yüksəldi. Bütün bunlar Rusiyanın yenidən dirçəlməsinə imkan yaratdı. İnsafən hakimiyyətinin ilk illərində həmin pulları göyə sovurmayan Putin ölkə iqtisadiyyatını yenidən ayağa qaldırdı. Ona görə də 2000-ci illər indi də rusiyalılar üçün “qızıl onillik” kimi qəbul olunur”, – deyə məqalədə qeyd olunub.

Müəlliflərin fikrincə, 2010-cu ili Rusiya üçün yenidən neqativ mənada “keçmişə qayıdış” kimi dəyərləndirmək olar. Buna əsas səbəb maliyyə böhranları, neftin qiymətinin yenidən aşağı düşməsi, lakin ən əsası V.Putinin xarici siyasət avantüraları və Qərbin cavab olaraq tətbiq etdiyi sanksiyalardır.

Dünya bankının məlumatına görə, 2009-cu ildə Rusiyada ÜDM 8%, 2015-ci ildə isə 2% enib. Rusiya 2000-ci illərin sonundan etibarən bir daha iqtisadi artımı görməyib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, ölkə iqtisadiyyatında sadəcə 1,2%-lik böyümə aşkar edilib. Ümumi vəziyyət isə pisləşməyə doğru gedir.

Analitiklərin rəyinə görə, iqtisadi durğunluğu durdurmaq Putinin gücündə deyil. Lakin Rusiyanın dövlət başçısı Ukrayna böhranında güzəştlərə gedərək və ya Minsk razılaşmalarının şərtlərini icra edərək böhranı yumşalda bilərdi.

“Buna rəğmən o, hələlik hakimiyyətini möhkəmləndirmək üçün istifadə etdiyi millətçi siyasətdən vaz keçmək istəmir”, – deyə müəlliflər ümidsiz nəticəyə gəliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Tbilisidə polis kütləvi həbslərə başladı
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil