Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1706
az

Bakıda anbarda qalan avtomobillər ucuz qiymətə satışa çıxarıldı - QİYMƏTLƏR

21:2413 May, 2018
4831
İQTİSADİYYAT
  • A
Azərbaycanda avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişirlər. Yəni, bəzi lizinq və kreditlə satılan avtomobillərdə ilkin ödənişi azaldılır, endirim və hədiyyələr təklif edilir. Bəzi satılmayan avtomobillər də əvvəlkindən daha ucuz təklif edilir. Avtomobil şirkətlərindən Oxu24.com-a verilən məlumata görə, artıq 2016-cı ilə aid yeni modellər satışa çıxarılmağa başlayıb. Belə olan halda əldə olan 2014-2015-ci il model avtomobillərin tez satılması üçün satış şərtləri yumlaşdılır.

Çin maşınlarında ilkin ödəniş 10 %-ə kimi azaldılıb

Milli.Az fins.az-a istinadən bildirir ki, Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Sirena Motors" avtomobilləri lizinqlə satışında dəyişikliklər edib. Belə ki, aprel ayından etibarən çin maşınları artıq 15 % ilkin ödənişlə deyil, 10 %-lə təklif edilir. Qalan ödəniş isə avtomobilin markasından aslı olaraq dəyişir. Məsələn, "Changan Benni Mini" avtomobilini lizinqlə almaq istəyənlər 2335 ilkin ödəniş edərək, qalan məbləği ayda 223 manat ödəməklə avtomobili əldə də bilərlər. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin 80-85%-I lizinqlə satılır. Ona görə, müştəri cəlb etmək üçün hazırda lizinq şərtləri yumlaşdılır.

3 aylıq krediti müştəriyə hədiyyə edir

Yapon avtomobillərinin satışını həyata keçirən "Group Motors" şirkəti də yeni kampaniyaya başlayıb. Belə ki, "Honda", "Mitsubhishi", "Subaru" və "Mazda" avtomobillərini alanlara 3 aylıq kredit ödənişi şirkət tərəfindən ödənilir. Məsələn, hazırda 2015-ci il model "Honda CRV" avtomobili 47850 manata satılır. Müştəri ödənişin yarısı- 23 925 manatı, 2 illik kasko xərci -2201 manat və bank xərci-239 manat olmaqla ümumilikdə 26 365 manatı əvvəlcə ödəyir. Qalan hissə isə illik 18 %-lə kreditlə ödənilir. 2 illik kredit üzrə aylıq ödəniş 1194 manat təyin edilir. Şirkət iyun,iyul, avqust ayları üzrə bank kreditini, yəni 3582 manatı hədiyyə etdiyini deyir. Şirkətin satış meneceri Rəşid Xəlilov fins.az-a bildirib ki, yeni kampaniya hazırda salonda ötən ilə aid avtomobillərin tez satılması üçün həyata keçirilir: "Belə ki, artıq 2016-cı il model yeni avtmobillər gətirilir. Ona görə də, ötən ildən qalan avtmobillər daha tez satılmalıdır".

3 illik kasko sığorta və 1 illik servisi hədiyyə edilir

"Nurgun Motors"da bəzi avtomobillərlə bağlı satış şərtlərini dəyişib. Şirkətdən fins.az-a verilən məlumata görə, əvvəl kreditlə satılan "Nissan Juke" modelini hazırda 4900 manat ilkin ödənişlə 3 illik lizinq şərtləri ilə almaq olar. Aylıq ödəniş 503 manat təşkil edir.Avtomobili alan müştərilərə 3 illik kasko sığorta və 1 illik servis hədiyyə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
"Brent" markalı neft ucuzlaşdı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır