Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17030
az

Sabah 42 dərəcə isti olacaq

12:5822 Avqust, 2019
785
CƏMİYYƏT
  • A
 
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 35-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 25-35% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ 
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
İnfarkt riskinizi özünüz ölçün

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”