Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16841
az

Yumurta qaynatmaq istədi gözünü itirdi

22:4716 Avqust, 2019
613
DÜNYA
  • A
İngilis qadın mikrodalğalı sobada yumurta qaynatmaq istəyərkən gözlərini itirib.

Oxu24.com ölkə.az-a istinadən bildirir ki, İngiltərədə bir qadının mikrodalğalı sobadan düzgün istifadə etmədiyi səbəbindən gözlərini qismən itirib.

"The Sun" qəzetinin yazdığına görə, 22 yaşlı Betani Rosser əvvəllər yumurtanı mikrodalğalı sobada necə bişirilməsi qaydasını - "İnternetdəki təlimatları" oxuduqdan sonra sobada yumurta bişirmək qərarına gəlib. Göstərişlərdən birini yerinə yetirmək istəyib: müəllifin təlimatı (suya duz əlavə olunarsa) yumurtaların partlamayacağına əmin edib. Məhsulu sobaya yerləşdirən  qız, bir neçə dəqiqə gözləyib və bişmiş yeməyi götürməyə  qərar  verib. Qapını açan kimi yumurta partlayıb və iki yumurtanın qaynar tərkibi onun üzünə sıçrayıb. Ağır yanıq xəsarətləri alan qadın xəstəxanaya aparılıb. Qadının bir gözü tam olaraq görməz hala düşüb. Həkimlər onun görmə qabiliyyətini tamamilə bərpa edə biləcəyinə əmin olmayıb.

Jurnalistlərə verdiyi müsahibədə Rosser işinin ibrətamiz olacağına və heç kimin mikrodalğalı sobada yumurta bişirməyə cəhd etməyəcəyinə ümid etdiyini bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO