Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16833
az

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

17:4216 Avqust, 2019
1144
CƏMİYYƏT
  • A
Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir.

Oxu24.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Təhsil Nazirliyində yeni vahid məktəbli formasının hazırlanması üçün işçi qrupu yaradılıb. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib.
O, bildirib ki, işçi qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. Şöbə rəisi deyib ki, təkliflər sırasında yeni hazırlanacaq vahid məktəbli formasının fəsillərə görə fərqli olması da var: "Bizə Təhsil Nazirliyindən vahid məktəbli formasının yeni dizaynda hazırlanması ilə bağlı məktub daxil oldu. Həmin məktubda bizim dizayner və konstruktorun da iştirak etməsi qeyd edilmişdi. Mən Təhsil Nazirliyində yeni dizaynda vahid məktəbli formasının hazırlanması ilə bağlı işçi qrupunun iclasında iştirak etdim. Orada bir sıra təkliflər öz əksini tapmışdı. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun. Çünki, yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər".

E. Əzimov bildirib ki, yeni vahid məktəbli formasının gələn tədris ilinə hazırlanması nəzərdə tutulur: "Bu ilə bu işi təbii ki, çatdırmaq olmaz. Gələn tədris ilinə qədər yaradılan işçi qrupu bu istiqamətdə çalışacaq, təklif olunan dizaynlar müzakirə ediləcək. Yəqin ki, bizimlə yanaşı başqa tikiş fabrikləri də bu müzakirələrdə iştirak edəcək. Bizim bu işdə təcrübəmiz daha çox olduğundan, BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də işçi qrupuna daxil edildi". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO